Menu

ZƏBUR 113

BSA

1 Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin!

2 İndidən sonsuzadək Rəbbin isminə alqış olsun!

3 Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir!

4 Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir!

5 Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan,

6 Göyə, yerə əyilərək baxan Odur.

7 O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar.

8 Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.

9 Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin!

Everything we make is available for free because of a generous community of supporters.

Donate