Menu

ZƏBUR 121

BSA

1 Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?

2 Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.

3 O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz.

4 Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.

5 Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.

6 Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.

7 Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.

8 Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.

Everything we make is available for free because of a generous community of supporters.

Donate