Menu

ZƏBUR 13

BSA

1 Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?

2 Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?

3 Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.

4 Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər.

5 Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq.

6 Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi.

Everything we make is available for free because of a generous community of supporters.

Donate