Menu

ZƏBUR 15

BSA

1 Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?

2 Kamillik yolu ilə gedən, Əməlisaleh olan, Ürəkdən həqiqəti söyləyən,

3 Dilinə böhtan gəlməyən, Dostuna yamanlıq etməyən, Qonşusunu təhqir etməyən,

4 Şərəfsizə xor baxan, Rəbdən qorxanlarasa hörmət edən, Zərərinə olsa belə, andından geri dönməyən,

5 Sələmlə pul verməyən, Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan. Əsla sarsılmaz belə həyat sürən insan!

Everything we make is available for free because of a generous community of supporters.

Donate