Menu

ZƏBUR 20

BSA

1 Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin!

2 Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun!

3 Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! Sela

4 O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin!

5 Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın!

6 İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər.

7 Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük.

8 Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq.

9 Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.

Everything we make is available for free because of a generous community of supporters.

Donate