Menu

ZƏBUR 24

BSA

1 Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.

2 O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.

3 Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?

4 – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.

5 O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.

6 Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. Sela

7 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!

8 Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.

9 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!

10 Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! Sela

Everything we make is available for free because of a generous community of supporters.

Donate