Menu

ZƏBUR 3

BSA

1 Ya Rəbb, düşmənlərim nə qədər çoxalıb! Əleyhimə qalxanlar nə qədər artıb!

2 Mənim üçün çoxları deyir: «Allahdan ona xilas yoxdur». Sela3:2 Sela – fərz edilir ki, bu bir musiqi terminidir.

3 Amma Sən, ya Rəbb, ətrafımda sipərsən, Şərəfimsən, başımı ucaldan Sənsən!

4 Rəbbi ucadan səsləyirəm, O, müqəddəs dağından mənə cavab verir. Sela

5 Mən yatıram, yuxuya gedirəm, Yenə oyanıram, çünki Rəbb mənə kömək edir.

6 Hər yandan məni mühasirəyə alan On minlərlə xalqdan qorxmuram.

7 Qalx, ya Rəbb! Ey Allahım, məni qurtar! Çünki Sən bütün düşmənlərimin əngindən vurursan, Pislərin dişlərini qırırsan.

8 Qurtuluş Rəbdəndir, Qoy Sənin xeyir-duan xalqının üzərində olsun! Sela

Everything we make is available for free because of a generous community of supporters.

Donate