Menu

ZƏBUR 47

BSA

1 Ey bütün xalqlar, əl çalın, Cuşa gəlib Allaha nida edin!

2 Haqq-Taala Rəbb necə də zəhmlidir, Bütün yer üzünün böyük Padşahıdır!

3 Onun sayəsində xalqlar bizə tabe olub, O, ümmətləri ayaqlarımızın altına salıb.

4 Sevdiyi Yaqubun fəxri olan torpağı Bizə mülk etmək üçün seçdi. Sela

5 Allah nida ilə ucaldı, Rəbb şeypur səsi ilə yüksəldi.

6 Tərənnüm edin Allahı, tərənnüm edin! Tərənnüm edin Padşahımızı, tərənnüm edin!

7 Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin.

8 Allah Öz müqəddəs taxtında əyləşir, Allah millətlərə padşahlıq edir.

9 İbrahimin Allahının xalqı ilə bir yerdə olmaq üçün Xalqların əsilzadələri yığılır, Çünki yer üzünün sipərləri Allahındır. O nə qədər ucadır!

Everything we make is available for free because of a generous community of supporters.

Donate