Menu

ZƏBUR 70

BSA

1 Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat!

2 Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.

3 «Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar.

4 Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.

5 Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!

Everything we make is available for free because of a generous community of supporters.

Donate