Menu

ZƏBUR 87

BSA

1 Müqəddəs dağlar Rəbbin şəhərinin təməlidir,

2 Yaqubun bütün məskənlərindən çox Sionun darvazaları Ona əzizdir.

3 Ey Allahın şəhəri, Haqqında bu şanlı sözləri deyirlər: Sela

4 «Məni tanıyanların içindən Rahavın, Babilin adını çəkəcəyəm. Həm də Filişt, Sur, Kuş barədə Deyiləcək: “Bunlar da bu yerdə doğulub”.

5 Bəli, Sion barədə deyiləcək: “Onların hamısı bu yerdə doğulub, Haqq-Taala buranı sarsılmaz edəcək”.

6 Rəbb xalqları siyahıda qeyd edəndə yazacaq: “Bunlar bu yerdə doğulub”. Sela

7 Oxuyanlar, rəqs edənlər belə deyəcəklər: “Səndə mənim üçün hər cür çeşmə var”».

Everything we make is available for free because of a generous community of supporters.

Donate