Menu

ZƏBUR 98

BSA

1 Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı.

2 Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi.

3 İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü.

4 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın!

5 Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin!

6 Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin!

7 Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın.

8 Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun!

9 Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!

Everything we make is available for free because of a generous community of supporters.

Donate