Menu

ZƏBUR 125

BSA

1 Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.

2 Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.

3 Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.

4 Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!

5 Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!

Everything we make is available for free because of a generous community of supporters.

Donate