Menu

ZƏBUR 126

BSA

1 Rəbb Siona bəxtəvər günlərini qaytaranda Bizə röya kimi gəldi.

2 Dodaqlarımızdan gülüş tökülürdü, Dilimizdən sevinc harayı yüksəlirdi. Millətlər öz aralarında belə deyirdi: «Rəbb onlar üçün böyük işlər görüb».

3 Bunun üçün sevinirik, Çünki Rəbb bizim üçün böyük işlər görüb.

4 Selləri Negevə qaytardığın kimi, Ya Rəbb, o bəxtəvər günləri bizə qaytar.

5 Göz yaşı ilə əkənlər Sevinc harayı çəkərək biçəcək.

6 Ağlaya-ağlaya toxum torbasını daşıyıb-gedən Sevinc harayı ilə dərzləri daşıya-daşıya gələcək.

Everything we make is available for free because of a generous community of supporters.

Donate