Menu

ZƏBUR 128

BSA

1 Nə bəxtiyardır Rəbdən qorxan, Onun yolları ilə gedən insan!

2 Çünki öz əlinin bəhrəsini yeyəcəksən, Xoşbəxt olub uğur qazanacaqsan.

3 Evində arvadın tənək kimi bar gətirəcək, Övladların zeytun pöhrələri kimi Süfrənin ətrafını bürüyəcək.

4 Rəbdən qorxan insan Belə xeyir-dua alacaq:

5 Rəbb Siondan sənə xeyir-dua versin, Ömür boyu Yerusəlimin xoşbəxtliyini görəsən,

6 Övladlarının övladlarını görəsən! İsrailin üzərinə sülh olsun!

Everything we make is available for free because of a generous community of supporters.

Donate