Menu

ZƏBUR 127

BSA

1 Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.

2 Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.

3 Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.

4 İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.

5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.

Everything we make is available for free because of a generous community of supporters.

Donate