Menu

ZƏBUR 149

BSA

1 Rəbbə həmd edin! Rəbbə yeni bir ilahi oxuyun, Möminlər camaatı arasında Ona həmd edin!

2 İsrail nəsli Yaradanına görə sevinsin, Sion övladları Padşahına görə şad olsun!

3 Rəqslərlə isminə həmd edin, Dəflə, lira ilə Onu tərənnüm edin!

4 Çünki Rəbb Öz xalqından zövq alar, Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.

5 Bu şərəfə görə qoy möminlər sevinsinlər, Yataqlarında belə, Onu tərənnüm etsinlər.

6 Dilləri ilə Allahı ucaltsınlar, Əllərində ikiağızlı qılınc tutsunlar.

7 Millətləri qıraraq qisas alsınlar, Ümmətləri cəzalandırsınlar.

8 Padşahlarına zəncir vursunlar, Sərkərdələrini dəmir buxovlara salsınlar.

9 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər, Rəbbin bütün möminləri bununla şərəflənsinlər. Rəbbə həmd edin!

Everything we make is available for free because of a generous community of supporters.

Donate