Menu

ZƏBUR 150

BSA

1 Rəbbə həmd edin! Müqəddəs məskənində Allaha həmd edin! Möhtəşəm göy qübbəsində Ona həmd edin!

2 Qüdrətli işləri üçün Ona həmd edin! Bol əzəmətinə görə Ona həmd edin!

3 Şeypur səsi ilə Ona həmd edin! Çənglə, lira ilə Ona həmd edin!

4 Dəflə, rəqslərlə Ona həmd edin! Sazla, tütəklə Ona həmd edin!

5 Xoş səsli sinclərlə Ona həmd edin! Cingildəyən sinclərlə Ona həmd edin!

6 Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin! Rəbbə həmd edin!

Everything we make is available for free because of a generous community of supporters.

Donate