Menu

ZƏBUR 61

BSA

1 Ey Allah, fəryadımı eşit, Duamı dinlə.

2 Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar.

3 Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən.

4 Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. Sela

5 Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin.

6 Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın.

7 Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun.

8 Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!

Everything we make is available for free because of a generous community of supporters.

Donate