Menu

ZƏBUR 62

BSA

1 Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum.

2 Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram.

3 İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz?

4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. Sela

5 Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır.

6 Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram.

7 Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır.

8 Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! Sela

9 Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir.

10 Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın.

11 Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır,

12 Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən!

Everything we make is available for free because of a generous community of supporters.

Donate